
Sabir Buqrin: “İnanıram ki, gələn dəfə qol vuracam”
“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin “Səbail” üzərində qələbə haqda fikirlərini klubun rəsmi saytına bölüşüb. “Ağ-qara” formada ilk rəsmi matça çıxan Mərakeş əsilli belçikalı futbolçu azarkeşsiz oynamağın fərqli olduğunu bildirib:
“Oyun çox yaxşı keçdi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu bizi qələbə üçün daha da ac edirdi. Düzdür, mənim bir əlverişli qol epizodum oldu, amma istifadə edə bilmədim. Çünki qapıçı əla “seyv” etdi. İnanıram ki, gələn dəfə qol vuracam. Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə oyundakı şanslarımıza gəlincə, biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. Öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. “Neftçi”də hamı bir-birinə kömək edir. Buna görə də artıq komandaya uyğunlaşmışam”.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00