
"Neftçi" – "Sumqayıt" matçını Kamal Umudlu idarə edəcək
Premyer Liqada 15-ci turun təyinatları açıqlanıb. "Neftçi” – "Sumqayıt” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Mübariz Haşımov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Hakim-inspektor Fariz Yusifov, AFFA nümayəndəsi isə Ramiz Mustafayev olacaq.
Qeyd edək ki, fevralın 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 17:30-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00