
Toplanışın ikinci günü
“Neftçi” PFK təlim-məşq toplanışını davam etdirir. Komandamız hazırlıq planına uyğun olaraq günü bir məşqlə başa vurub. Yalnız yerli futbolçuların qatıldığı məşqdə əsasən fiziki çalışmalar yerinə yetirilib.
“Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində əvəzedici komandamızın futbolçuları – Asim Əlizadə və Vüsal Əsgərov da iştirak edib. “Neftçi-2”nin digər üzvü Emin Zamanov isə toplanışa sabahdan qoşulacaq.
Qeyd edək ki, “Neftçi”nin yanvarın 10-da “Qəbələ” ilə keçirəcəyi yoxlama oyunu ləğv olunub. Rəqib komandanın hazırlıq proqramında dəyişiklik edilməsi buna səbəb olub. Əgər yeni rəqib müəyyənləşərsə, bu haqda əlavə məlumat veriləcək. Flaqman ayın 14-də “Keşlə” ilə sınaq matçında qarşılaşacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00