
Toplanışın 3-cü günü
“Neftçi” təlim-məşq toplanışını davam etdirir. Komandamız proqrama uyğun olaraq bu gün də bir məşqlə kifayətlənib. Günortadan sonra “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən fiziki çalışmalar həyata keçirilib. Vətənindən dönən Mert Çelik və əvəzedici komandamızın üzvü Emin Zamanov da bugünkü məşqə qoşulub.
Qeyd edək ki, “Neftçi” toplanış çərçivəsində iki yoxlama oyunu keçirəcək. “Ağ-qaralar” yanvarın 10-u “Kəpəz”, 14-ü isə “Keşlə” ilə qarşılaşacaq. Gəncə təmsilçisi ilə matç saat 15:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq. “Keşlə” ilə oyunun saatı və məkanı haqda məlumat veriləcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00