Yusuf Laval: “Bu qələbə psixoloji baxımdan çox vacib idi”
“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Laval “Sabah”la oyundan sonra açıqlama verib. Nigeriyalı futbolçu qələbənin psixoloji baxımdan çox vacib olduğunu bildirib:
“Hələ də optimal formada deyiləm, amma ən yaxşı formamı qaytarmağa çalışıram. Baş məşqçi də məndən bunu tələb edir. Təbii ki, bunun öhdəsindən gələcəm. Bu qələbə psixoloji baxımdan çox vacib idi. Çünki “Zirə”yə məğlubiyyətdən sonra özümüzə gəlməliydik. Belə davam etməliyik. Belə davam etsək, mövsümün sonunda məqsədimizə çatacağıq. Bu əlçatmaz deyil. Çünki hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşmışıq”.
Laval mövsümdə 5-ci dəfə məhsuldar ötürmə verməsinə də münasibət bildirib: “Qarşıma qol ötürmələrinin sayına görə birinci olmaq məqsədi qoymamışam. Məqsədim odur ki, komandamız mövsümü ən yaxşı nəticə ilə başa vursun”.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00