
“Sabah” – “Neftçi” matçı saat 19:15-də başlanacaq
19 aprel 2021, 11:00
Premyer Liqanın 24-cü turu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” oyununun başlanma saatı açıqlanıb. Aprelin 25-i “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, “Neftçi” 23 oyundan 46 xalla 2-ci yeri tutur.