
“Neftçi” 20 yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad etdi
“Neftçi”nin Türkiyənın Antalya şəhərindəki təlim-məşq toplanışı davam edir. Komandamızın üzvləri toplanışın 10-cu günündə səhər məşqinə çıxıblar. “Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan flaqman qardaş ölkədə iki yoxlama oyunu keçirib. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə qarşılaşıb. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00