
“Zirə” ilə oyun “Bakcell Arena”da keçiriləcək
Premyer Liqada 21-ci turun oyun cədvəli açıqlanıb. Aprelin 3-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 17:15-də start götürəcək.
“Bakcell Arena”da planlaşdırılan renovasiya işləri ilə əlaqədar klubumuz “Zirə”yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə görüşlərinin yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL bu komandalar arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Qeyd edək ki, “Neftçi” 20 turdan sonra 37 xalla 2-ci yeri tutur.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00