
Müşahidə Şurasının iclası keçirilib
Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. Klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib. Daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:
1. Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilsin;
2. Samir Abasova xidmətlərinə görə təşəkkür edilsin, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmasın;
3. Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilsin;
4. Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssis texniki direktor təyin edilsin;
5. A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşsın və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılsın;
6. Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınsın.
Tövsiyə olunur
-
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50