
“Neftçi” yoxlama oyunu keçirəcək
“Neftçi” Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. “Kəpəz”lə matçdan sonra 4 günlük istirahətə buraxılmış “ağ-qaralar” martın 21-də məşqlərə başlayıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən hazırlıq prosesində milli komandalara dəvət olunmuş futbolçular iştirak etməyiblər. Əvəzində, “Neftçi-2”nin 8 üzvü – Seymur Əliyev, Elton Əlibəyli, Elşad Tağıyev, İbrahim Novruzov, Samir Həsənov, Bahadur Quliyev, Elcan Əbilov və Vüsal Əsgərov əsas komandanın məşqinə qoşulub.
“Neftçi” Premyer Liqada yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirəcək. Komandamız martın 25-də “Qəbələ” ilə qarşılaşacaq. Saat 16:00-dan etibarən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq sınaq matçı “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, aprelin 1-i Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu isə saat 19:30-da başlanacaq.
Tövsiyə olunur
-
Samir Abasov: “Oyunu elə qurmuşduq ki, rəqibi daim təzyiq altında saxlayaq”
A Komanda 28 aprel 2025, 22:54 -
Sumqayıt səfərində qollu heç-heçə
A Komanda 28 aprel 2025, 22:21 -
“Sumqayıt”la matçın hazırlığını başa vurduq
A Komanda 27 aprel 2025, 16:20 -
Samir Abasov: “Bütün azarkeşlərimizdən üzr istəyirik”
A Komanda 23 aprel 2025, 23:00