
Emin Mahmudov ilə “Neftçi” Futbol Məktəbinin üzvləri arasında görüş keçirilib
#MoreThanFootball layihəsi çərçivəsində “Futbol və Təhsil” fəaliyyət günü ilə əlaqədar olaraq komandamızın kapitanı Emin Mahmudov ilə “Neftçi” Futbol Məktəbinin üzvləri arasında görüş keçirilib.
Kapitan görüş zamanı gənc oyunçulara futbolun sirləri, peşəkar futbolçunun yaşam tərzi, qidalanması və etməsi olduğu digər vacib şeylərdən danışıb, onların suallarını cavablandırıb. Söhbətdən sonra “Neftçi” Futbol Məktəbinin məşqində iştirak edən Mahmudov gənc futbolçulara 11 metrlik cərimə zərbəsini peşəkarlıqla vurmanın yollarını əyani şəkildə göstərib.
Xatırladaq ki, flaqman #MoreThanFootball Fəaliyyət Həftələrində ötən il də çıxış edib. Bu il martın 17-də start götürən #MoreThanFootball Fəaliyyət Həftələri aprelin 13-dək davam edəcək.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, Mehriban xanım!
Klub 26 avqust 2025, 00:00 -
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12