
“Jelezniçar”la cavab matçının hazırlığı başa çatdı
“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) klubu ilə cavab oyunundan əvvəl son məşqi olub. 8-ci km stadionunda baş tutan hazırlıq prosesindən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov komandanın üzvləri ilə görüşüb. Sabahkı oyunda komandaya inandığını bildirən klub rəhbəri “ağ-qaralar”a uğurlar arzulayıb.
Qeyd edək ki, avqustun 3-ü 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunu saat 21:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00