
“Araz-Naxçıvan”la matça İnqilab Məmmədov təyin olundu
Premyer Liqada 6-cı turun təyinatları açıqlanıb. “Araz-Naxçıvan” – “Neftçi” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Pərvin Talıbov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Cəmil Quliyev, hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” oyunu sentyabrın 16-sı saat 18:00-da “Dalğa Arena”da keçiriləcək.
Tövsiyə olunur
-
“Neftçi”nin açıq məşqi olacaq
A Komanda 12 avqust 2025, 15:45 -
Mövsümün ilk matçının hazırlığı davam edir
A Komanda 10 avqust 2025, 23:55 -
Samir Abasov: “Bizim üçün çox səmərəli toplanış oldu”
A Komanda 1 avqust 2025, 23:10 -
Polşa toplanışını qollu heç-heçə ilə başa vurduq
A Komanda 1 avqust 2025, 21:00