
Vaqif Sadıqov – 65
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Sadıqov 1980-1987-ci və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyunda meydana çıxıb. 1993-1995, 2009-2010-cu illərdə komandamızı çalışdırmış təcrübəli mütəxəssis 1995-ci ildə baş məşqçi kimi “ağ-qaralar”a Azərbaycan Kubokunu və Superkubokunu qazandırıb.
Tövsiyə olunur
-
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15