
“Neftçi”nin ÇL üçün yeni transferləri
“Neftçi”nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının birinci mərhələsi çərçivəsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir. Baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.
Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor” Türkiyə).
Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə), Güzide Alçu (“Amedspor” Türkiyə).
Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou” Yunanıstan).
Hücumçu: Xanım Əsədova (“Sabah”).
Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12 -
2025/26 mövsüm biletləri satışdadır!
Klub 6 avqust 2025, 17:50 -
Siyasət Əsgərov: “Komandamız sonadək vuruşdu”
Klub 31 iyul 2025, 00:15 -
Çempionlar Liqasında Türkiyə klubuna məğlub olduq
Klub 30 iyul 2025, 22:20