
“Araz-Naxçıvan”la oyunun hazırlığı yekunlaşdı
28 mart 2025, 18:52
Misli Premyer Liqasının 28-ci turunda qarşılaşacağımız “Araz-Naxçıvan” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamız bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçularımız – Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Qeyd edək ki, martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də başlanacaq.