Anar Vəliyevə uğurlar arzulayırıq

21 iyul 2025, 16:30

“Neftçi-2”nin məşqçisi Anar Vəliyevin klubumuzdakı fəaliyyəti başa çatıb. 45 yaşlı mütəxəssisə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışmış Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub. O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/25) və I Divizionun gümüş (2022/23) medallarını qazanıb.