Mövsümə qollu heç-heçə ilə başladıq

16 avqust 2025, 23:02

“Neftçi” Misli Premyer Liqasında bu mövsüm ilk oyununu keçirib. “Ağ-qaralar” 1-ci turda “Şamaxı” ilə heç-heçə edib – 1:1. “Palms Sports Arena”da baş tutan matçın 23-cü dəqiqəsində rəqib futbolçu Karim Rossi hesabı açsa da, 45+2-ci dəqiqədə komandamızın kapitanı Emin Mahmudov penaltidən bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi” 2-ci turda “İmişli”nin qonağı olacaq. Avqustun 22-də Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlanacaq.