“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir”

16 avqust 2025, 23:40

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 1-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Çox dəyişikliyə əl atan bir komanda üçün mövsümün ilk oyununun çətin olması təbiidir. Futbolçularımdan və onların göstərdiyi oyundan tamamilə razıyam. Çünki qələbə qazanmaq üçün sonadək mübarizə apardılar, vuruşdular, çalışdılar. Hər iki hissədə çoxlu sayda qol fürsətimiz oldu. Yeni bir komandayıq. Futbolçuların bir-birilərini tam anlamaqları üçün matçlar lazımdır. Getdikcə daha da yaxşı oynayacağıq, buna əminəm. Çünki komandanın bu gün göstərdiyi oyun, əzm və qələbə istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: