
Baqali Dabo haqqında qərar verildi
- Telegram
- ВКонтакте
Məlumat verdiyimiz kimi, klub rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.
Tövsiyə olunur
-
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
A Komanda 22 iyul 2025, 23:06 -
Ardıcıl ikinci qollu heç-heçə
A Komanda 22 iyul 2025, 15:45 -
“Termalika Nyeçetşa” ilə oyunun hazırlığını başa vurduq
A Komanda 21 iyul 2025, 23:21 -
İkinci yoxlama oyunumuzun vaxtı dəqiqləşdi
A Komanda 20 iyul 2025, 23:54