“Neftçi”dən inamlı qələbə

16 mart 2025, 18:13

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 27-ci turda “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. “ASCO Arena”da baş tutan matçda komandamızın qollarını Filip Ozobiç (17-ci dəqiqə) və Elvin Camalov (29-cu dəqiqə) vurublar. Rəqibin heyətində isə Rüfət Abdullazadə (43-cü dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” 27 oyundan sonra 31 xalla turnir cədvəlində 6-cı yeri tutur.