“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

12 avqust 2025, 17:12

“Neftçi” PFK ilə Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış “Coffee Bar” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, “Coffee Bar” “Neftçi”nin rəsmi qəhvə sponsoru olacaq və komandamızın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin edəcək.

“Coffee Bar” ölkəmizdə qəhvə mədəniyyətinə yönəlik geniş məhsul və xidmət çeşidi təqdim edən, qəhvə mağazaları, kafe və restoranlar üçün peşəkar həllər təklif edən qəhvə ekosistemidir.