
“Neftçi Esports” E-Milli Liqanın növbəti mövsümündə mübarizəyə başlayır
“Sport Marketing Group” şirkətinin təşkilatçılığı və AFFA-nın dəstəyi ilə E-Milli Liqanın növbəti mövsümü start götürür. Turnirdə “Neftçi Esports” adı ilə təmsil olunacaq komandamız püşkün nəticəsinə görə, A qrupunda “Zirə”, “Nebula” və “Ərkivan Masallı” ilə mübarizə aparacaq. Heyətində Murad Məmmədzadə, Nadir Həsənov və Kənan Babazadənin olduğu “Neftçi Esports” ilk oyununu aprelin 18-i saat 21:00-da “Nebula”ya qarşı keçirəcək.
Qeyd edək ki, 7 qrupdan ibarət olan turnirdə 28 komanda iştirak edəcək. Qrupda ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan iki komanda əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələdə turnir Olimpiya sistemi ilə davam edəcək.
Tövsiyə olunur
-
Doğum gününüz mübarək, Mehriban xanım!
Klub 26 avqust 2025, 00:00 -
Anatoli Banişevskinin ailəsi qonağımız oldu
Klub 18 avqust 2025, 17:30 -
“Neftçi” “Sea Breeze” ilə əməkdaşlığa başlayır
Klub 13 avqust 2025, 19:10 -
“Neftçi” PFK ilə “Coffee Bar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Klub 12 avqust 2025, 17:12